29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Rusiya və Ukrayna arasında sülh Türkiyə vasitəsilə mümkün ola bilər"

23.09.2022

Rusiya və Ukrayna arasında bir sülh sazişi imzalansa, bu Türkiyənin vasitəsi ilə mümkün ola bilər. Türkiyənin bir ümid olduğunu hər kəs bizə deyir.

"DM"-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Nyu-Yorkda Türkiyəli jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Rusiya və Ukrayna arasında gedən müharibənin davam etməsini istəyən çox az ölkə qalıb.

Nazir əlavə edib ki, "Taxıl daşınması sazişi”nin imzalanması da Türkiyənin iştirakı ilə mümkün oldu və dünya bazarlarında ciddi şəkildə taxıl qiymətlərinin düşməsinə səbəb oldu.