30 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda DƏHŞƏT: Yolu keçən tələbələri maşın vurub öldürüb

23.09.2022

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayonunda Dövlət Gömrük Akademiyasının qarşısında yolu keçmək istəyən iki tələbəni avtomobil vurub. Nəticədə tələbələr dünyasını dəyişiblər. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir. Dünyasını dəyişən şəxslərin Dövlət Gömrük Akademiyasının tələbələri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.