28 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onları tanıyaq Mirağa Mirzağa oğlu Ağayev

09.10.2018

M.Ağayev 1993-cü il, oktyabrın 9-da Ucar rayonunda anadan olmuşdur. Orta məktəbdə oxuyarkən şahmat üzrə zona və respublika yarışlarında iştirak etmişdir. 2003-cü ildə on yaşından ailəsi ilə birlikdə İtaliyaya köçmüş, Milanda da şahmat məktəbinə getməyə başlamışdır. Sonradan oyunlarını intensivləşdirmiş və İtaliya çempionatında 14 yaşlılar arasında oynayaraq ikinci yerə sahib olmuşdu, daha sonra Avropa çempionatına qatılıb gözəl nəticə əldə etmişdir. 2013-cü ildə İtaliyanın ən yüksək təhsili sayılan "Liceo Scientifico Galileo Galilei" bitirmiş, 2014-cü ildə "Università La Sapienza di Roma"nın "Scienze Politiche e relazioni internazionali" fakültəsinə qəbul olmuşdur. 5 dildə (azərbaycan, türk, rus, İtalyan, ingilis) danışa bilən, 2 dildə (fransız, ispan) başa düşən şahmatçı eyni zamanda şahmat üzrə dərslər keçir. İndiyədək əllidən çox seans vermişdir.
Şahmat yolu
2015-ci ildə İtaliyanın Bratto şəhərində keçirilən yarışda şahmatda Beynəlxalq usta olmaq üçün iştirak etmişdir. Beləki, axırıncı turda rəqibi Ermənistanın baş məşqçisi və qrossmeysteri olan 52 yaşlı erməni Karen Movsesyan idi. 4-5 saat davam edən oyunda erməni rəqibini məğlub edən A.Mirağa rəqibinin reytinq cədvəlində birinci yerdən 6-cı yerə düşməsinə nail olmuş, özü isə Beynəlxalq usta normasını yığıb 2-ci yerə çıxmışdır.
Bundan sonra hədəfi qrossmeyster adını qazanmaq olan şahmatçı Ümumdünya Şahmat Olimpiadasına İtaliya Şahmat Federasiyasının xətti ilə getmiş, İtaliya vətəndaşı olmadığı üçün burada oyunçu kimi iştirak edə bilməmişdi. O həm İtaliya komandasında qızların məşqçi və köməkçisi, həm də İtaliya Şahmat Federasiyası prezidentinin tərcüməçisi olmuşdur. Yaşadığı Pemonte regionunun heç bir məşhur şahmatçısı olmadığından Beynəlxalq usta adını alan ilk şahmatçı kimi tarixə düşmüşdür.