30 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Kanal 13”ün təsisçisi Əziz Orucova xəbərdarlıq olunub

23.09.2022

"Kanal 13” adlı "YouTube” kanalının təsisçisi Əziz Orucova xəbərdarlıq olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və "Milli Təhlükəsizlik haqqında” haqqında Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq "Kanal 13” adlı "YouTube” kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib.

Əziz Orucova sentyabrın 15-də "Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub.

Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb.