29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məhkəmə Ukraynanın keçmiş nazirləri barədə qiyabi həbs qərarı verib

23.09.2022

Ukraynanın keçmiş XİN rəhbəri Konstantin Qrişenko və sabiq ədliyyə naziri Aleksandr Lavrinoviç barədə məhkəmə tərəfindən qiyabi həbs qərarı verilib. Onlar Xarkov razılaşmalarının hazırlanmasında iştirakda təqsirləndirilir.

"DM" TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Prokurorluğun Telegram kanalında qeyd olunub: "Baş Prokurorluq idarəsinin prokurorlarının iştirakı ilə dövlətə xəyanətdə şübhəli bilinən Ukraynanın keçmiş XİN rəhbəri və ədliyyə naziri barəsində məhkəmədə həbs qətimkan qərarı verilib. İrəli sürülən ittihama əsasən, şübhəli şəxslər 2010-cu ildə beynəlxalq əhəmiyyətli sənədin mətnini, heç bir lazımi hüquqi araşdırma aparmadan, öz aralarında razılaşdırıblar. Bundan əlavə, Baş Prokurorluğun təsdiqlədiyi kimi, onlar Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviç və keçmiş Baş nazir Nikolay Azarovla birgə əvvəlcədən əlbir olaraq bu əməli törədiblər”, - Baş Prokurorluqdan bildirilib.

Qrişenko və Lavrinoviçin Ukraynanın hüdudlarından kənarda olmaları səbəbindən axtarışa verildikləri və onların Ukraynaya ektradisiyası üçün prosedurların başladıldığı vurğulanıb.