29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyalı deputatlar döyüşə getmək üçün müraciət ediblər

23.09.2022

Rusiya Dövlət Dumasının "Vahid Rusiya” partiyasından olan 4 deputatı Rusiya Federasiyası Silahlı Qüvvələrinin tərkibində "xüsusi əməliyyat” zonasına xidmətə göndərilmələrini xahiş ediblər.

Bu barədə "Vahid Rusiya” partiyasının Baş Şurasının katibi Andrey Turçak bildirib.

Müharibəyə getmək istəyənlər arasında Dumanın sağlamlığın mühafizəsi komitəsinin sədri Dmitri Xubezov, müdafiə komitəsinin sədr müavini Dmitri Sablin, ailə komitəsinin sədr müavini Vitali Milonov və iqtisadi siyasət üzrə komitənin sədr müavini Sergey Sokol da var.

Turçakın sözlərinə görə, deputatların ərizələrinə Rusiya Federasiyası Müdafiə Nazirliyi baxacaq.

O qeyd edib ki, Xubezov, Sablin və Milonov müharibə başlayandan Donbasda işləyirlər.

Mənbə: Meduza