Ermənistanda morqlar hələ də doludur: Hakimiyyət itkiləri gizlətmək üçün panteona qadağa qoyub 
    
                          
     
                         23.09.2022
 
    
                        Ermənistan hakimiyyəti sərhəddəki döyüşlərdə ölən hərbçilərin ailələrinə təzyiq göstərir.
Belə ki, Ermənistan KİV morqlarda hələ də şəxsiyyəti müəyyən edilə bilməyən hərbçilərin cəsədləri olduğunu yazır. Ermənistan hökuməti həmçinin artıq şəxsiyyəti müəyyən edilmiş cəsədlərin dəfni zamanı ailələrə xüsusi göstəriş verir. Müvafiq göstəriş ölənlərin "Yerablur” panteonunda dəfn edilməməsinə əsaslanır. Çünki hökumət panteonun daha da "genişlənməsi”ni istəmir, süni şəkildə döyüşlər zamanı verilən ağır itkiləri ört-basdır etməyə çalışır. Buna görə də, ailələrə cəsədləri ölkənin başqa ərazilərindəki məzarlıqlarda basdırmaq göstərişi verilir.
Mənbə: İravnuk