30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıdan Batumiyə uçan təyyarə Tiflisdə təcili eniş edib

23.09.2022

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) aşağı büdcəli törəməsi – "Buta Eyrveys” (Buta Airways) şirkətinin Bakıdan Gürcüstanın Batumi şəhərinə reys yerinə yetirən hava gəmisinin kapitanı Tiflis ehtiyat hava limanına enməyə qərar verib.

Aviaşirkətdən verilən məlumata görə, buna səbəb Batumi hava limanı ətrafında pis hava şəraitinin olmasıdır. "Embraer 190" markalı təyyarə saat 09:40-da Tiflisdə eniş edib.