02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kanadanın XİN başçısı Ermənistanın təxribatı ilə bağlı Azərbaycan icmasının müraciətini araşdıracaq

22.09.2022

Kanadanın xarici işlər naziri Ermənistanın təxribatı ilə bağlı Azərbaycan icmasının müraciətini araşdıracaq.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Kanadanın Baş naziri Castin Trüdonun ofisi bu ölkədə fəaliyyət göstərən Azərbaycan icması üzvlərinin Ermənistanın son təxribatı ilə bağlı müraciətini cavablandırıb.

Baş nazirin ofisindən "Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənovaya və Alberta-Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) icraçı direktoru Səbinə İsgəndərovaya ünvanlanan cavab məktubunda bildirilib ki, Castin Trüdoya göndərilmiş məktubun ünvanına çatdığını təsdiqləyirlər.

"Əmin olun ki, sizin müraciətiniz dəqiq araşdırılacaq. Sizin elektron məktubunuz baxılması üçün xarici işlər naziri hörmətli Melani Coliyə göndərilib”, - deyə qeyd olunub.