28 09 2023-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

KİV: Orban Aİ-ni Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırır

22.09.2022

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırır.

"DM" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Baş nazirin partiyası "Fides" ilə sıx bağlı olan "Magyar Nemzet” qəzeti yazıb.

Qəzetin məlumatına görə, Macarıstanın Baş naziri Viktor Orban partiya təmsilçiləri ilə iclasında bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bu ilin sonuna qədər ləğv edilməlidir.

Orban qapalı iclasda sanksiyaların Rusiyadan daha çox Avropa iqtisadiyyatına zərər verdiyini və sanksiyaların götürülməsinin inflyasiyanın qarşısını alacağını və tənəzzül riskini azaldacağını bildirib.