15 09 2025-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Taliban” BMT-yə vəd verib

22.09.2022

Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban” təşkilatı BMT işçilərini qoruyacağına dair öhdəlik götürüb.

Bu vədi Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyasının (UNAMA) nümayəndəsi ilə görüşən Əmir Xan Muttaki verib.

"Taliban” rəsmisi bəyan edib ki, onlar dünya birliyi ilə konstruktiv və qarşılıqlı əlaqələr yaratmaqda maraqlıdırlar.

Xatırladaq ki, ötən ilin iyul ayında Heratda UNAMA-nın əməkdaşı "Taliban” silahlısının açdığı atəş nəticəsində həyatını itirmişdi.

Mənbə: Sputnik Əfqanıstan