03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Goranboyda direktor müəlliməni döyüb - DİN-dən açıqlama

22.09.2022

Goranboy rayonunda məktəb direktoru ibtidai sinif müəlliminə xəsarət yetirib.

"DM" xəbər verir ki, hadisə rayonun Kələk kəndində baş verib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumatı saytımıza təsdiqləyib. Bildirilib ki, bununla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə artıq müraciət daxil olub:

"Əməkdaşlarımız hazırda hadisə yerindədir. Müraciət edən qadındır. Məlumat araşdırılır”.