02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan: “Türkiyə ABŞ-dan qazı daha sərfəli şərtlərlə almaq istəyir” - VİDEO

22.09.2022

Ankara ABŞ-dan daha sərfəli şərtlərlə daha çox mayeləşdirilmiş təbii qaz (LNG) almaq istəyir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda TAİK-in (Türkiyə-ABŞ İş Şurası) iclasında çıxışı zamanı bildirib.

"Biz qarşıdakı dövrdə ABŞ-dan daha sərfəli şərtlərlə alacağımız qazın həcmini artırmaq istəyirik. Əlimizdə olan qabaqcıl infrastruktur sayəsində biz ABŞ LNG-nin (mayeləşdirilmiş təbii qaz) region ölkələrinə çatdırılmasında əməkdaşlığa hazırıq”, - deyə Türkiyə lideri bildirib.

Hazırda Türkiyəyə əsas qaz tədarükçüləri Azərbaycan, Rusiya və İrandır.