28 09 2023-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Ərdoğan: ABŞ-dan bunu daha sərfəli şərtlərlə almaq istəyirik

22.09.2022

Türkiyə ABŞ-dan mayeləşdirilmiş təbii qazı daha sərfəli şərtlərlə almaq istəyir.

"DM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Gələcəkdə biz ABŞ-dan daha çox və daha yaxşı şərtlərlə qaz almaq istəyirik. Və malik olduğumuz müasir infrastruktur sayəsində biz bu mayeləşdirilmiş təbii qazın region ölkələrinə çatdırılmasında əməkdaşlığa hazırıq. Biz ABŞ-da altıncı ən böyük enerji idxalçısıyıq. Türkiyə enerji təhlükəsizliyi, çatdırılma marşrutları, mənbələrin şaxələndirilməsi baxımından əsas rol oynayır. Enerji sektorunda mövcud beynəlxalq vəziyyəti nəzərə alsaq, qarşımızda əməkdaşlıq üçün mühüm imkanlar açılır. Yeni mayeləşdirilmiş təbii qaz terminallarının tikintisi, son illərdə bu sahəyə qoyulan böyük investisiyalar sayəsində ABŞ Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilib”, - o bildirib.