17 09 2025-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İsrail Rusiyadan qaçanlara qucaq açır: Baş nazirdən çağırış

22.09.2022

İsrailin Baş naziri Yair Lapid Rusiyada qismən səfərbərlik elan edildikdən sonra "El Al” aviaşirkətinin rəhbərini Rusiyaya uçuşların sayını artırmağa çağırıb.

"DM" xəbər verir ki, İsrail hökumətinin dəftərxanasından məlumat verilib.

Lapid qeyd edib ki, təkcə uçuşların artırılması deyil, həm də viza və miqrantların ölkədə yerləşdirilməsi sahəsində də tədbirlər görüləcək.

İsrailin Rusiyadan çoxlu sayda mühaciri qəbul etmək üçün artıq hazırlıqlara başladığı da bildirilir.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra ölkədən xaricə gedənlərin sayı kəskin şəkildə artıb.