02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ceyhun Bayramov Nyu-Yorkda üç ölkədən olan həmkarı ilə görüşüb - FOTO

22.09.2022

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Monqolustanın xarici işlər naziri Battsetseq Batmunx, Suriya Ərəb Respublikasının xarici işlər və xaricdə yaşayan suriyalılar üzrə naziri Fayssal Mekdad, Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abşir Omar Huruse ilə görüşlər keçirib.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşlər zamanı tərəflər arasında Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyət və əməkdaşlıq, ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Qoşulmama Hərəkatı çərçivəsində sədrliyimiz dövründə ölkəmizin təşəbbüslərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib və qarşıdan gələn planlar barədə həmkarlarını məlumatlandırıb.

Qarşı tərəf Azərbaycanla həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığın daha da genişləndirilməsi niyyətində olduqlarını bildirdilər.

Daha sonra digər qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə edilib.