17 09 2025-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Şuşaya səfər etdikdə Azərbaycanın dərdini başa düşürsən”

21.09.2022

"Şuşaya səfər etdikdə bütün dağıntıların şahidi olur və Azərbaycanın dərdini başa düşürsən”.

"DM” xəbər verir ki, bu barədə BP şirkətinin və onun Azərbaycanda həyata keçirilən neft-qaz layihələri üzrə tərəfdaşlarının maliyyələşdirdiyi təhsil layihəsinin həyata keçirilməsində iştirak edən "Junior Achievement Azerbaijan” qeyri-hökumət təşkilatının Məsləhət Şurasının üzvü Tal Katran bildirib.

O, bu yaxınlarda Şuşaya səfər etdiyini və bu şəhərin həqiqətən də Azərbaycanın mədəniyyət paytaxtı olduğunu dərhal hiss etdiyini bildirib.

Katran Füzuli Beynəlxalq Hava Limanının gözəlliyinə və Azərbaycanın öz ərazilərini necə sürətlə bərpa etməsinə heyran olduğunu bildirib:

"Qısa müddətdə belə bir hava limanını inşa etmək heyrətamizdir”.

Tal Katran bir israilli kimi ölkəsinin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək verməsi ilə fəxr etdiyini bildirib:

"İsraildə Azərbaycanla dostluğu çox yüksək qiymətləndiririk, bu yaxınlarda ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etdik”.