01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“İntel Core” 9-cu nəsil prosessorlarını təqdim etdi

09.10.2018

ABŞ-ın "İntel” şirkəti personal kompüterlər üçün nəzərdə tutulan yeni 9-cu nəsil "Core” prosessorlarını təqdim edib.
"Dövran Media" xəbər verir ki, yeni nəsil prosessorlar üçün flaqman "Core i9-9900K” olub. Belə ki, səkkiznüvəli olan prosessorun 3,6 GHz (geqahers) baza tezliyinə sahib olduğu, amma bunu 5 GHz-yə qədər artırmağın mümkün olduğu bildirilib.
"Core i9-9900K”-dan başqa şirkət "Core i7-9700K” və "Core i5-9600K” prosessorlarını da nümayiş etdirib. Yeni 9-cu nəsil prosessorun qiymətinin 488 dollar olacağı bildirilib.
Qeyd edək ki, "İntel” şirkəti ABŞ-a məxsusdur. 1968-ci ildə yaradılan şirkət kompüter və smartfonlar üçün yarımkeçirici istehsalı, prosessor təchizatında əsas liderlərdən biri sayılır.