01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada etirazlar başlayır: Bütün polislər ayağa qaldırıb

21.09.2022

Rusiyada qismən səfərbərlik elanından sonra müxalif "Vesna” hərəkatı müharibə əleyhinə aksiyalara başlayıb.

"DM" xəbər verir ki, bu barədə hərəkatın Teleqram kanalında məlumat yayılıb.

Hərəkat Rusiyanın bütün şəhərlərində hər kəsi səfərbərliyə qarşı aksiyalara çağırıb.

Məlumata görə, aksiyalar sentyabrın 21-i Moskva vaxtı ilə saat 19:00-a təyin olunub.

Rusiyanın bütün şəhərlərindəki hüquq-mühafizə orqanları əməkdaşlarına saat 14:00-da həyəcan siqnalı ilə toplaşmaq çağırışı edilib. Bütün əməkdaşlar dəbilqə, qalxan və dəyənəklə gəlməlidir.