01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FHN-in Bakı Regional Mərkəzi “mülki müdafiə məşqi keçirib

21.09.2022

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Abşeronneft” Neft-qazçıxarma idarəsində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirib.

"DM" xəbər verir ki, təlim başlamamışdan vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.

Məşqə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin qüvvələri, Pirallahı rayon Fövqəladə Hallar Komissiyası və Mülki müdafiə qərargahı, ərazi mülki müdafiə qüvvələri, obyektin rəhbər heyəti və Mülki müdafiə dəstələrinin şəxsi heyəti, habelə Milli Aviasiya Akademiyasının tələbələri cəlb edilib.

Məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan heyətin mülki müdafiə sahəsində biliyinin artırılması, qüvvələr arasında qarşılıqlı fəaliyyətin təşkili və bu sahədə əməli vərdişlərin aşılanmasından ibarətdir.

Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, eləcə də funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Həmçinin, işçilərin "təhlükəli ərazidən” təxliyə edilməsi, "qəza yerində” kəşfiyyatın təşkili, "xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin tibbi yardımın göstərilməsi”, habelə baş vermiş "yanğının söndürülməsi” zamanı obyekt qüvvələri ilə FHN-in hadisə yerinə cəlb olunan qüvvələri arasında qarşılıqlı fəaliyyət təşkil edilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.