01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xalq artisti Əminə Yusifqızının səhhəti pisləşib

21.09.2022

Xalq artisti, qiraətçi, aktrisa Əminə Yusifqızının səhhəti pisləşib, o, qida qəbul edə bilmir.

Bu barədə  aktrisanın özü məlumat verib.

85 yaşlı Xalq artisti bir neçə gündür səhhətində problemlərin yarandığını və özünü yaxşı hiss etmədiyini bildirib.

O, səhhətindəki problemlərlə əlaqədar artıq bir həftədir yemək yeyə bilmədiyini vurğulayıb.

Qeyd edək ki, tanınmış aktrisa, "Şöhrət” ordenli Xalq artisti Əminə Yusifqızı "Şərikli çörək”, "Sən nə üçün susursan?”, "Bizim küçənin uşaqları”, "Musiqi müəllimi” və s. onlarla filmdə və televiziya tamaşalarında çəkilib.