17 09 2025-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Ağ pələng heyvanxananın əməkdaşını öldürüb

09.10.2018

Yaponiyanın cənub-qərbində yerləşən Kaqoşima şəhərindəki heyvanxanada ağ pələng hücum edərək əməkdaşı öldürüb.
Kyodo agentliyi xəbər verir ki, hadisə oktyabrın 8-də axşam saatlarında baş verib. Təqribən 40 yaşlarında olan kişi açıq havada boynunda caynaq izləri ilə aşkar edilib. Tezliklə xəstəxanaya çatdırılmasına baxmayaraq, həkimlər onun həyatını xilas edə bilməyiblər. Heyvanxananın əməkdaşı ölüm qabağı trankvilizatordan atəş açaraq pələngi zərərsizləşdirib.
Hazırda polis heyvanxanada yoxlama apararaq, burada heyvanlara qarşı necə davranıldığını araşdırır.
Kaqoşima heyvanxanası 1972-ci ildən fəaliyyət göstərir. Burada dörd ağ pələngin saxlanıldığı bildirilir.