Ukraynanın 4 vilayətində Rusiyaya birləşmək üçün referendum təyin edilib 
    
                          
     
                         20.09.2022
 
    
                        Ukraynanın işğal altındakı 4 vilayətində Rusiya Federasiyasına birləşmək barədə referendum keçiriləcək.
"DM" Rusiya KİV-nə istinadən xəbər verir ki, Xersondakı işğalçı rejimin qubernatoru Vladimir Saldo vilayətdə 23-27 sentyabr aralığında Rusiyaya birləşməklə bağlı referendum keçiriləcəyini söyləyib.
Analoji referendumun Zaporojye vilayətində, Luqansk və Donetsk vilayətlərində yaradıllmış separatçı "DXR" və "LXR"də keçiriləcəyi açıqlanmışdı.