01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

52 təhlükəli terrorçu məhv edilib

08.10.2018

Misir Silahlı Qüvvələrinin yaydığı bəyanatda deyilir ki, "Sinay 2018” antiterror əməliyyatının gedişində 52 təhlükəli terrorçu məhv edilib.
Bəyanatda Misir Hərbi-Hava Qüvvələri tərəfindən Sinay yarımadasının şimalında terrorçuların yeddi sığınacağının, həmçinin yaraqlıların qərb sərhədini keçmək üçün istifadə etdikləri 28 nəqliyyat vasitəsinin məhv edildiyi bildirilir. Hərbçilərin məlumatına görə, əməliyyatın gedişində 26 təhlükəli ekstremist zərərsizləşdirilib. Əməliyyat yerində avtomat silahlar, sursat, qumbaralar, hərbi formalar, intihar kəməri və terrorçuların Sinay yarımadasının mərkəzi və şimal ərazilərində hərbçilərin hərəkətini izləmək üçün istifadə etdikləri pilotsuz hava aparatı aşkar edilib.
Silahlı Qüvvələrin bəyanatında vurğulanıb ki, təhlükəsizlik qüvvələri tərəfindən Sinay yarımadasının şimalındakı əl-Ariş şəhərində daha 26 təhlükəli ekstremist zərərsizləşdirilib. Bu ərazidə də avtomat silahlar, tüfənglər, əldəqayırma bombalar tapılıb. Təhlükəsizlik qüvvələri 26 nəqliyyat vasitəsi, 52 motosiklet, külli miqdarda partlayıcı maddə və terrorçuların silah-sursat saxlanılan bir neçə sığınacağını məhv edib. Bəyanatda o da qeyd olunur ki, mütəxəssislər tərəfindən çoxlu miqdarda partlayıcı qurğu zərərsizləşdirilib.