29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Həsənovun qardaşı oğlu işdən çıxarılıb

20.09.2022

Dövlət Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarılıb.

"DM" Bakupost.az-a istinadən xəbər verir ki, DGK-nın sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə Əməliyyat və İstintaq Baş İdarəsində Əməliyyat idarəsinin rəis müavini, polkovnik Anar Həsənov işdən çıxarılıb.

Onun son dövlər Gömrük Komitəsində başlanılan genişmiqyaslı cinayət işi ilə əlaqədar çıxarıldığı bildirilir.

A.Həsənov Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qardaşı oğludur.

Qeyd edək ki, A.Həsənovun atası İsa Həsənov uzun illər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Ə.Həsənov vəzifəsindən azad olunandan bir müddət sonra o da müvafiq əmrlə işdən çıxarılıb.