25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Qarabağda 993 təhsil ocağı məhv edilib

20.09.2022

"Qarabağda 993 təhsil ocağı məhv edilib”.

"DM" xəbər verir ki, bunu "Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə "Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, qloballaşma dövründə pandemiya ilə üzləşən dünya bu məsələlərə daha çox diqqət yetirir:

"Bu konfrans Şuşada başlayıb. Torpaqlarımız 30 ilə yaxın işğal altında olub. Mədəni ocaqlarımız, muzeylər, musiqi məktəblərimiz dağıdılıb”.

F.Qurbanov qeyd edib ki, mədəni sərvətlərimizi biz gələcək nəsillərə ötürməliyik:

"Bizim torpaqlarımızın işğaldan sonra bərpa olunmasında mədəni abidələrimizə, sərvətlərimizə diqqət yetirilir. Bülbülün ev muzeyi, Vaqifin məqbərəsi, bir çox digər abidələrimiz bərpa olunub. Biz xoşbəxt xalqıq ki, irsimiz qorunub-saxlanılır”