29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BTC ilə Türkiyə ərazisindən nəql edilən neftin həcmi 9%-dən çox artıb

20.09.2022

Bu ilin yanvar-avqust aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 144 074 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 9,1% çoxdur.

"DM"-nın Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövründə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 132 052 min barel neft nəql edilib.

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəmərilə 200 149 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 2,8% azdır.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.