29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilir

20.09.2022

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilir.

"DM" xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxildir.

İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə 
Regional məsələlər komitəsində görülən işlər barədə Hesabat.

2. Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi.

3. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi.

4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında”, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, "Tibbi sığorta haqqında” və "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).