29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Sülhdən sonra torpaqların qaytarılması böyük əhəmiyyət daşıyır”

20.09.2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin Ukrayna böhranının tez bir zamanda həllinə çalışdığını bildirib.

"Anladım ki, o, həqiqətən də, bu işi tez bir zamanda bitirmək istəyir. Hal-hazırda, məsələn, 200 hərbi əsirin mübadiləsinə dair razılıq əldə olunub. Bu, çox gözəl irəliləyişdir”, - deyə o, ABŞ-ın PBS telekanalına müsahibəsində bildirib.

Ərdoğan onu da bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh əldə ediləcəyi təqdirdə burada alınan torpaqların geri qaytarılması böyük əhəmiyyət daşıyır:

"İstənilən və gözlənilən budur. Bu mövzuda cənab Quterreşin (BMT baş katibi Antonio Quterreş - red.) atdığı addımlar var. Bizim atdığımız addımlar da var. Bu addımlarla yanaşı, gözlədiyimiz şey torpaqların qaytarılmasıdır ki, həqiqətən, işimizi asanlaşdırar”.