01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nurməhəmmədovu təhqir etdilər: "Həbib murdar heyvandır!"

08.10.2018

Qarışıq idman növləri üzrə amerikalı döyüşçü Kolbi Kovinqton yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu irland Konor Makqreqorla döyüşdən sonra saldığı davaya görə tənqid edib.
"Dövran Media" bildirir ki, o bu barədə öz "Twitter" mikrobloqunda yazıb.
"Həbib Nurməhəmmədov murdar heyvandır. O, bu hərəkətləri ilə bizim idman növünü 20 il dala atır", - deyə amerikalı döyüşçü qeyd edib.
Bazar günü iki idmançı arasında Las-Veqas şəhərində (ABŞ) keçirilən döyüş rusiyalı samboçunun qələbəsi ilə yekunlaşıb. Nurməhəmmədov yüngül çəkidə qazandığı bu 27-ci qələbə sayəsində UFC çempionu titulunu özündə saxlayıb.
Döyüşdən sonra Nurməhəmmədov rinqdən kənara atılaraq Makqreqorun tərəf müqabili ilə əlbəyaxa olub.