Novruzovun turnikdə dartınan zaman qolu sınıb 
    
                         .jpg) 
     
                         19.09.2022
 
    
                        Milli Məclisin deputatı Siyavuş Novruzovun qolu sınıb.
"DM" xəbər verir ki, bu barədə Report-a açıqlamasında deputat özü məlumat verib.
Onun sözlərinə görə, xoşagəlməz hadisə ilə idman edərkən üzləşib:
"Təxminən, 10 gün əvvəl turnikdə dartınan zaman qolum sındı. İndi yaxşıyam, gipsə qoyuldu və müalicələr edildi. Ciddi bir şey yoxdur. Müalicədə irəliləyişlər var”.