Azərbaycanda məktəbli qız intihar edib  
    
                          
     
                         19.09.2022
 
    
                        Azərbaycanda 16 yaşlı qız intihar edib.
Lent.az-ın məlumatına görə, hadisə Cəlilabad rayonunun Sabirabad kəndində qeyd alınıb.
Kənd sakini, 2006-cı il təvəllüdlü İlkanə Ruslan qızı Fətullayeva yaşadığı evdə dərman içərək intihar edib.
Qeyd edək ki, İlkanə Fətullayeva Sabirabad kənd 1 nömrəli orta məktəbinin 11-ci sinif şagirdi olub.
Faktla bağlı araşdırma aparılır.