29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polşa səfiri: “Azərbaycanlı uşaqların müharibədə yaşadığı əzabı unutmamalıyıq”

19.09.2022

Azərbaycan Ukraynada başlayan müharibənin ilk günüdən bu ölkəyə yardım edən ölkələr sırasında yer alıb.

"DM" xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski "Ana, mən müharibə istəmirəm" adlı polşalı uşaqların İkinci Dünya Müharibəsi dövründə çəkdikləri rəsmlərdən ibarət sərginin açılışında çıxış edərkən deyib.

Səfir Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatlığını da ifadə edib.

"Ukrayna yalnız öz azadlığı üçün deyil, bizim azadlığımız üçün də savaşır. Biz Azərbaycanın Ukraynaya göstərdiyi yardımı qiymətləndiririk, bu ağır zamanda Azərbaycan Ukraynaya yardım edənlər arasında olub. Azərbaycanlı uşaqlar da polşalı, ukraynalı uşaqlar kimi, müharibənin acılarını görüb. Azərbaycanlı uşaqların müharibədə yaşadığı əzabı unutmamalıyıq. Bu günlərdə Ermənistan-Azərbaycan sərhədində toqquşma nəticəsində itkilər barədə məlumatlar alırıq. Azərbaycanlı dostlar, mənim səmimi başsağlığımı qəbul edin. Mən Ukrayna və Azərbaycana sülh arzu edirəm", diplomat deyib.