29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Türkiyədən qumbaraatanlar almaq niyyətindədir

19.09.2022

Azərbaycan tərəfi Türkiyə istehsalı qumbaraatana maraq göstərir.

"DM"-nın Anadolu Agentliyinə istinadən xəbərinə görə, silahı istehsal edən şirkətin sahibi Səlim Akdaş bildirib ki, qumbaraatanların ixracına hazırlaşırlar.

Səlim Akdaş qeyd edib ki, qumbaraatana dost və qardaş ölkələr də maraq göstərir. O, məhsula 20-dən çox ölkədən tələbatın olduğunu əlavə edib: "Hazırda Azərbaycanla da danışıqlar aparırıq. Altı barabanlı qumbaraatan üçün tələbat var. Milli Müdafiə Nazirliyimiz məqsədəuyğun hesab edərsə, bunu həmin ölkələrə veririk. Yəni, hər rastımıza çıxan bizdən silah ala bilməz. Türkiyənin dost və qardaş ölkələrinə göndərə bilirik. Altı barabanlı model 400 və 800 metr mənzillidir. Azərbaycan bunu istəyir, danışıqlar gedir”