29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlılar Ermənistanın təxribatlarına etiraz olaraq Praqada piket keçiriblər

19.09.2022

Çex Respublikasında yaşayan Azərbaycan icması paytaxt Praqa şəhərində icazəli piket keçirib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Krizovnike Namesti meydanında baş tutan aksiyada soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz edib, mədəni irsimizin dağıdılmasına, beynəlxalq təşkilatların ermənilərin Azərbaycan torpaqlarındakı vandalizm aktlarına səssiz qalmasına, yerli ictimaiyyətin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.

Piket zamanı Ermənistanın son təxribatı nəticəsində həlak olan hərbçilərimizin siyahısı, "Ermənistanın təcavüzünü dayandırın!”, "Ermənistanın terroruna son qoyulsun!”, "UNESCO, İrəvandakı Azərbaycan irsini qoru!”, "Erməni vandalizmini dayandırın!” kimi şüarlar nümayiş etdirilib.

Aksiya diaspor fəalı Fərid Əmirəliyevin təşkilatçılığı ilə keçirilib.