29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mixaylov: Kreml İrəvanı cəzalandıracaq

19.09.2022

Ermənistanın Baş naziri Nikol Paşinyan və onun amerikapərəst ətrafı Rusiyaya xəyanət etməyə hazırlaşır.

Bu sözləri rusiyalı politoloq Yevgeni Mixaylov söyləyib.

"Rusiyadakı ermənipərəst lobbi Rusiya Federasiyası ilə Ermənistan arasında mövcud münasibətləri bəyənmir və Ermənistanın indiki rəhbərliyi Rusiyaya xəyanət etməyə hazırlaşır. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfəri üçün Ermənistanda Rusiya bayraqlarının necə götürüldüyünü və Amerika bayraqlarının necə asıldığını müşahidə etmək çox maraqlı idi. İndi Rusiyanın əsas mediası belə bir sual verir: "Ermənistan doğrudanmı Rusiyadan üz döndərir?”

Ekspert vurğulayıb ki, Pelosinin Ermənistana səfəri ilə bağlı Rusiya İrəvanın xeyrinə olmayan müəyyən nəticələr çıxaracaq:

"Beləliklə, Rusiya, Azərbaycan və Türkiyə bir-birinə daha da yaxınlaşacaq”, - ekspert qeyd edib.