29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Düşmənin Laçında basdırdığı minalar zərərsizləşdirilib - FOTO

19.09.2022

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş "Э-001 М” tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.