29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan “Orta dəhliz”dən danışıb

16.09.2022

"Aydındır ki, bizim "Orta dəhliz” (Transxəzər beynəlxalq nəqliyyat marşrutu) adlandırdığımız təşəbbüs Qafqaz, Mərkəzi Asiya və Çin xəttində mühüm arteriya rolunu oynayan regionumuzda və onun hüdudlarından kənarda firavanlıq və sabitliyin bərqərar olmasında böyük rol oynayır”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 22-ci Zirvə görüşündə deyib.

O qeyd edib ki, Türkiyə son 20 ildə nəhəng nəqliyyat və infrastruktur sərmayələri ilə bu sahədə çox mühüm uğur əldə edib.

"Ölkəmizin şərqlə qərb arasında körpü rolunu oynaması bizə görünməmiş imkanlar təqdim edir.  Bu anlayışla təhlükəsizlikdən iqtisadiyyata, enerjidən nəqliyyata, kənd təsərrüfatından turizmə qədər hər sahədə əməkdaşlığa hazırıq”, - deyə Ərdoğan bildirib.

Mənbə: Anadolu