29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid Kənan Nəsibov Tovuzda dəfn edilib

16.09.2022

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Kənan Nəsibov Tovuz rayonunda torpağa tapşırılıb.

"DM” xəbər verir ki, ermənilərin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində şəhid olan Kənan Cəbrayıl oğlu Nəsibovun nəşi ailəsinə təhvil verilib. Şəhid vida mərasimindən sonra rayonun Əsrik Cırdaxan kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində yaxınları ilə yanaşı, Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının və ictimaiyyət nümayəndələri, hərbçilər və sakinlər iştirak ediblər.