01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Metroda həyəcan: Qatarlar boşaldıldı

08.10.2018

Bu gün saat 11 radələrində metronun "20 Yanvar” stansiyasında problem yaşanıb.
"Dövran Media" xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə istifadəçiləri paylaşıb. Məlumata görə, sərnişinlərə "20 Yanvar” stansiyasında qatarı tərk etmələri tapşırılıb. Növbəti gələn qatara isə sərnişinlərin minməsinə icazə verilməyib. Metropoliten əməkdaşları sərnişinlərə məlumat vermədikləri üçün metroda həyəcan yaşanıb.
Məsələ ilə bağlı danışan Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qatar texniki nazaslıq səbəbindən boşaldılıb:
"Saat 10:46-da "Elmlər Akademiyası” stansiyasında maşinist qatarda texniki nasazliq aşkar edib. Sərnişinlır "20 Yanvar” stansiyasında düşürülüb və qatar sərnişinsiz gedib. Həmin qatarın ardınca isə sınaq qatarı xəttə buraxılıb. Sınaq qatarı təmirin ən son mərhələsində xətdə yoxlamaq üçün verildiyindən, sərnişinsiz hərəkət edib”.