06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid Hüseynalı Nəbiyev Cəlilabadda dəfn edilib

16.09.2022

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hüseynalı Hikmət oğlu Nəbiyev dəfn edilib.

"DM” xəbər verir ki, Cəlilabad rayonunun Bəcirəvan kənd sakini, 1999-cu il təvəllüdlü H.Nəbiyevin nəşi doğulduğu kəndə gətirilib. Onunla vida mərasimi keçirilib.

Daha sonra şəhid doğulduğu kənd qəbirstanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhid yaxınları ilə yanaşı rayon rəsmiləri, hərbçilər, yerli sakinlər iştirak edib.

Qeyd edək ki, şəhid H.Nəbiyev subay idi.