01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Daha bir jurnalistin QƏTLİ

08.10.2018

"Dövran Media” Zelv.ru-ya istinadən xəbər verir ki, Bolqarıstanın Rusa şəhərində yerli telekanalın aparıcısı Viktoriya Marinova qətlə yetirilib. 
Bu haqda Novinite.со portalında verilən məlumata görə, o,həm də kanalın inzibati direktoru vəzifəsində çalışıb. Polis istisna etmir ki, onun ölümü Avrobirliyin fondundan oğurlanan vəsaitlərlə bağlı apardığı təhqiqatla bağlıdır. Hadisəyə Avropa Birliyi İttifaqı da münasibət bildirib.
"Bolqarıstanda təhqiqatla məşğul olan jurnalist Viktoriya Marinovanın dəhşətli ölümü məni şoka salıb. Mən dövlət tərəfindən aparılan istintaqı diqqətlə izləyəcəm. Həmcinin təkidlə səsləyirəm ki, günahkarlar tapılsın və məsuliyyətə cəlb edilsin. Belə ki, bu hücumun jurnalistika işi ilə bağlı olub-olmadığı da dəqiqləşdirilsin” – deyə, Avropa Birliyi İttifaqı KİV-nin azadlığı məsələləri üzrə sədri Arlem Dezir bildirib.