01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanda İctimai Televiziyanın sahibi saxlanıldı

08.10.2018

Xüsusi İstintaq Xidməti Ermənistanın iri telekanallarından biri olan II İctimai Televiziyanın sahibi Samvel Mayrapetyanı saxlayıb.
"Dövran Media"nın məlumatına görə, bu barədə TASS-a qurumun mətbuat xidmətindən bildiriblər.
Mənbə təfərrüatların bir qədər sonra açıqlanacağını deyib.
S.Mayrapetyanın vəkilləri də sahibkarın saxlanılma səbəbi barədə açıqlama vermirlər.
Qeyd edək ki, S.Mayrapetyan Ermənistanın iri sahibkarlarından biridir. Onun avtosalonlar şəbəkəsi, tikinti şirkətləri və restoranları var. Bundan başqa, biznesmenin 2008-ci ildə ölkədə konstitusiya quruluşunun devrilməsində ittiham olunan sabiq prezident Robert Koçaryana yaxın adamlardan biri olduğu deyilir.