28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

" Ermənistan bu prosesə hazır deyil"

15.09.2022

Ermənistan ölkələr arasında normallaşma prosesinə hazır deyil.

"DM" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Haber Global”a açıqlamasında bildirib.

"Ermənistan 2020-ci ildəki müharibəsonrası reallıqları qəbul etmək istəmir. Ermənistan normallaşma prosesinin irəlilədiyi bir vaxtda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir və beləliklə də, gərginlik yaratmaqla diqqəti yayındırmağa çalışır. Nəticədə normallaşma prosesinə xələl gətirmiş olur”, - o söyləyib.

XİN sözçüsü qeyd edib ki, Ermənistan həmişə bu məsələnin coğrafiyasının genişləndirilməsinə çalışıb:

"Bunu biz 44 günlük müharibədə də müşahidə etmişik. Ancaq bizə həmişə demişik ki, biz iki tərəf olaraq, Azərbaycan və Ermənistan olaraq masa arxasında əyləşib məsələni həll etməyə hazırıq və iradə olarsa, həll edə də bilərik. Ancaq Ermənistanda belə bir siyasi iradə yoxdur”.