Türkiyə səfirliyi Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib  
    
                          
     
                         15.09.2022
 
    
                        Türkiyənin Azərbaycandakı səfirliyi Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü münasibətilə paylaşım edib.
"DM” xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində yazılıb.
"Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının işğaldan azad edilməsinin 104-cü ili mübarək olsun! Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və 1132 şəhid olmaqla onunla birlikdə döyüşən Azərbaycan Ordusunun şəhidlərini hörmət və ehtiramla yad edirik”, - paylaşımda bildirilib.