28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənilər yaralı azərbaycanlını öz vətəndaşı kimi təqdim edib

15.09.2022

Kanada ermənilərinin Milli Komitəsinin Feysbuk səhifəsində bir gün əvvəl Azərbaycanın guya Ermənistanın dinc əhalisinə qarşı "təcavüz”ü ilə bağlı yalan məlumat dərc edilib.

"DM" Media.az-a istinadən xəbər verir ki, Kanadadakı erməni diasporunun nümayəndələri genişmiqyaslı antiazərbaycan təxribatını Azərbaycanın Ermənistanın mülki əhalisinə qarşı "təcavüz”ü kimi təqdim etməyə çalışırlar. Əslində isə sentyabrın 12-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Eyni zamanda, erməni təbliğatçıları sübut kimi Azərbaycanın Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması zamanı yaralanan mülki vətəndaşın fotosunu "Azərbaycan mülki obyektləri atəşə tutur” qeydi ilə dərc edirlər.

Aşağıdakı fotonun müəllifi "Anadolu” agentliyinin fotoqrafı Onur Çobandır. Foto 8 oktyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı çəkilib. Fotoda zərərçəkənin azərbaycanlı olmasına daha bir sübut isə oradakı avtomobilin Azərbaycan dövlət nömrə nişanlı (AZ 09-BP-128) olmasıdır.



Qeyd edək ki, 2020-ci il oktyabrın 8-də Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, mülki əhaliyə qarşı terror aktları həyata keçirərək Bərdə şəhərini artilleriya atəşinə məruz qoyub. Düşmənin "Toçka-U” kompleksindən atəş açması nəticəsində mülki əhaliyə və infrastruktura ciddi ziyan dəyib.

Ümumiyyətlə, Ermənistan hökumətinin göstərişi ilə təkcə Bərdə yox, həm də Gəncə, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və Azərbaycanın digər şəhər və rayonları ballistik raketlərdən və digər ağır artilleriya qurğularından atəşə tutulub. Hərbi təcavüz nəticəsində 12-si uşaq, 27-si qadın, 454-ü mülkü şəxs olmaqla 93 dinc sakin həlak olub, 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, o cümlədən 288 nəqliyyat vasitəsinə ziyan dəyib.