09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qadınlar üçün ən təhlükəsiz ölkə - İSPANİYA

08.10.2018

"Dövran Media" AzərTaca istinadən xəbər verir ki, İspaniya qadınların özlərini maksimum təhlükəsiz şəraitdə hiss etdiyi, həmçinin bərabərsizliyə və gender zorakılığına daha az məruz qaldığı ölkələr sırasındadır.
Corctaun Universitetinin (ABŞ) mütəxəssisləri müxtəlif ölkələrdə qadınların təhlükəsizliyi ilə bağlı vəziyyəti təhlil ediblər.Tədqiqatçıların fikrincə, qadınlara ən çox hörmət bəslənən ölkələrin reytinqində İspaniya beşinci yerdədir. Bu göstəriciyə görə İspaniyanı yalnız İslandiya, Norveç, İsveçrə və Sloveniya qabaqlayır.
Cəmi 153 dövlət təhlil edilib. Ən pis göstəricilər Yəməndə, Suriyada və Əfqanıstanda qeydə alınıb.
Təhlil prosesində gender zorakılığı ilə bağlı hadisələrin sayı, parlamentdə qadınların sayı, qadınların və kişilərin maaşlarında fərq, təhsilin əlçatanlığı, küçədə qadınlar üçün təhlükəsizlik, həmçinin ayrı-seçkilik xarakterli qanunların mövcudluğu kimi meyarlar nəzərə alınmışdır.