02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gələn ay toyu olacaqdı, şəhid olub - FOTO

15.09.2022

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan Turan Məhərrəmovun nəşinin ailəsinə təhvil verilməsi ilə bağlı hazırlıqlar başlayıb.

"DM" xəbər verir ki, onun nəşi doğulduğu Zaqatala rayonu Qımır kəndinə aparılacaq.

Rayon ictimaiyyəti hazırda onun cənazəsini gözləyir.

2001-ci il təvəllüdlü Məhərrəmov Turan nişanlı imiş. Gələn ay toyu olacaqmış.