Avropada qazın qiymətləri yenidən bahalaşıb  
    
                          
     
                         15.09.2022
 
    
                        Avropada qazın qiyməti 12% artaraq min kubmetr üçün 2500 dolları ötüb.
"DM" xəbər verir ki, bu barədə Londonun İCE birjası məlumat yayıb.
Məlumata əsasən, hazırda Avropa mərkəzi TTF indeksinə görə qazın hər min kubmetri 2517,2 dollardır.