27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MİDA-nın saytında problem: mənzil satışı təxirə salınıb

15.09.2022

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ASAN loqin üzərində yüklülük nəticəsində texniki problem yaranıb. Satış müvəqqəti təxirə salınıb.

"DM" xəbər verir ki, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.

F.Qurbanlı bildirib ki, hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür, mənzil seçimi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

Xatırladaq ki, bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçirilməsi nəzərdə tutulurdu.

Ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılacaq.